Vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.
News24.az DİN-ə istinadla xəbər verir ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və 2 rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.