AZ

"Moskvaya PUA hücumu bununla bağlıdır" - Zaxarova

PUA-nın Moskvaya hücumu ATƏT-in baş katibinin səfəri ilə bağlıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Yüksək rütbəli xarici nümayəndə heyətinin Moskvaya səfəri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu ilə müşayiət olunan ilk hadisə deyil. Və bu gecə ATƏT-in baş katibi paytaxta səfər edəndə Kiyev rejimi pilotsuz təyyarələr göndərib. Təşkilatın rəhbəri Zelenskinin sponsorluğunun Avropada təhlükəsizliyini müzakirə etməkdən çəkindirdiyini bildirib", - deyə o "Telegram" kanalında yazıb. 

Bundan əvvəl Moskva və Moskva vilayətinin hakimiyyət orqanları Ukrayna PUA-nın kütləvi hücumu nəticəsində bir nəfərin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat vermişdilər. 

Qeyd edək ki, martın 11-də ATƏT-in baş katibi Moskvaya işgüzar səfər edəcək və burada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Ağarza Elçinoğlu 

Seçilən
10
1
unikal.az

10Mənbələr