AZ

XİN başçısı: Azərbaycanla Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon ABŞ dollarını ötüb

2024-cü ilin yekunlarına əsasən, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarını ötüb.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə birgə brifinqdə deyib.

Nazir bildirib ki, ilkin kapital həcmi 300 milyon ABŞ dolları təşkil edəcək: 

"Qazaxıstan-Azərbaycan Fondunun yaradılması ölkələrimiz arasında investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək".

Seçilən
15
1
report.az

2Mənbələr