17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz martın 14-də, saat 13:00-da, “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Milliyə çağırılan futbolçular və oyunların təqvimi ilə tanış ola bilərsiniz:
19 mart
18:00. Azərbaycan – Albaniya
“Elbasan Arena”
22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”
S. | Ad / Soyad | Klub |
1 | Rauf Əyyubov | Sabah |
2 | Elbrus Kərimov | Marcet (İspaniya) |
3 | Murad Qurbanov | Zirə |
4 | Həzrət Səmədov | Sabah |
5 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
6 | Tuncay Əhmədov | Marcet (İspaniya) |
7 | Amin Rzayev | Qarabağ |
8 | Fərid Cabbarlı | Zirə |
9 | Nadir Nəsibli | Marcet (İspaniya) |
10 | Muhamməd Çodarov | Marcet (İspaniya) |
11 | Tunar Muradov | Turan Tovuz |
12 | Əli Qazibəyov | Qarabağ |
13 | İbrahim Babayev | Servette 1890 (İsveçrə) |
14 | Vüsal Kərimov | Neftçi |
15 | Abdulaziz Cabbarlı | Qarabağ |
16 | Ariz Kərimov | Qəbələ |
17 | Tunar Rzayev | Marcet (İspaniya) |
18 | İslam Həsənov | Graficar (Serbiya) |
19 | Əhməd Vəliyev | Qarabağ |
20 | Əli İbrahim | Qarabağ |