AZ

Küçədə kütləvi davada iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb

Bakıda küçədə kütləvi dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Belə ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonuBinəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinənNatiq Mustafakamalov, Vahid Cavadov,Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Seçilən
9
34
aznews.az

10Mənbələr