AZ

İğdır-Naxçıvan qaz kəməri də ermənilər üçün “təhdid” imiş

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışını həyata keçirdilər. Tribunainfo.az bildirir ki, bu regionda bir sıra, xüsusən də Naxçıvanın enerji və təbii qaza olan təlabatını ödəmək üçün çox önəmli hadisədir.

Lakin ermənilər yenə də öz xəstə təxəyyüllərini işə salaraq, bu kəmərin onların “təhlükəsizliyi” üçün “təhdid” yaratdığını iddia etməyə başlayıblar. Məsələn, enerji məsələləri üzrə ekspert Vahe Davtyan deyir ki, İğdır-Naxçıvan qaz kəmərinin işə salınması regionun təhlükəsizliyinə və geosiyasi mühitinə təsir göstərəcək. Onun sözlərinə görə, bu layihə İranın enerji maraqlarına müəyyən ziyan vura bilər. “Eyni zamanda, Zəngəzur dəhliznin reallaşması istiqamətində irəliləyişi ilə bağlı Ermənistana təzyiqləri artıra bilər”.

P.S. Azərbaycan İğdır-Naxçıvan qaz kəmərini işə salmaqla Muxtar Respublikanı bir sıra problemlərdən xilas etməklə yanaşı, həm də onu təhdid altından çıxarıb. Söhbət İrandan ötürülən qaz kəmərindən Tehranın sui-istifadə etməsi və Bakıya qarşı təzyiq vasitəsi olaraq yararlanmasından gedir. Yeni kəmərin işə düşməsi ilə İranın Naxçıvana təzyiqi minimuma endirildi. Lakin bu kəmərin Ermənistanın təhlükəsizliyinə hər hansı şəkildə təhdid təşkil etməsi, erməni məntiqsizliyinin təzahürüdür. Yəni, Azərbaycan bu layihə ilə özünün bir parçası olan ərazisində yaşayan əhalinin enerjiyə olan təlabatını ödəyir. Bunun ermənilər üçün hansı təhdidlər yarada biləcəyi isə heç şeytanın da ağlına gəlmir. Amma erməninin ağılına gəlir.

Seçilən
11
tribunainfo.az

1Mənbələr