Şərurda 83 yaşlı kişi yanaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə Şərur şəhərində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əliyev Əbülfəz Məmməd oğlu yanaraq ölüb.

İlkin məlumata əsasən, yanğına səbəb elektrik sobası olub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info