AZ

Ukrayna ordusundan Moskva vilayətinə PUA hücumu - Ölən və yaralananlar var + VİDEO

Dünən gecə Ukrayna ordusu Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlar edib.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumatda o da qeyd edilir ki, gecə ərzində regionlar üzərində 337 PUA zərərsizləşdirilib. Onlardan 91-i Moskva vilayətinin üzərində vurulub.

Bu, cari ildə Rusiya ərazisinə edilən ən genişmiqyaslı PUA hücumu olub.

“RİA Novosti”nin məlumatına görə, Moskva vilayətində hücum nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.


Seçilən
24
10
azpolitika.info

10Mənbələr