Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında muzdlu işçi sayının vəəməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosialsığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çoxolub.
Trend-ə bubarədə Dövlət Vergi Xidmətindən bildirilib.
Bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə11,1 faiz və ya 96,0 milyon manatdan çox artıb. Qeyri-büdcətəşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə15 faiz artaraq 648,4 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilinmüvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manat olub.Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 17,2 faiz artıb və 26,7milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxınolub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və122,3 milyon manatdan çox təşkil edib.