AZ

Ermənistan və Azərbaycan tezliklə sülh müqaviləsi imzalayıb... - RƏY

ABŞ- Rusiya yaxınlaşması Cənubi Qafqazda Moskvanın lehinə dəyişə bilər. Rusiya üçün Cənubi Qafqaz prioritet təşkil edir. Və regionda möhkəmlənmək üçün Ermənistan məsələsindən, ermənilərin Qarabağa qayıtması kimi avantüradan yenidən istifadə edə bilər. 

Siyasi ekspert Məhəmməd Əsədullazadə də “Sherg.az”a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Kremlin bu avantürasına dəstək verməsi ehtimalının mümkün olduğunu deyib. Onun sözlərinə görə, D.Tramp ötən ay Klikiya erməni katalikosu Aramla danışıqlarında ermənilərin Qarabağa qayıtmasına kömək edəcəyini vurğulayıb: 

“Artıq ABŞ-nin Ermənistandakı səfiri ermənilərin Qarabağa qayıtmasını gündəmə gətirdi. Həmçinin Rusiyanın Yerevanda səfiri Minsk qrupunun yenidən fəaliyyətinin mümkünlüyünü qeyd edib. Təbii ki, bu kimi çıxışlar təsadüfi deyil. Göründüyü kimi, Moskva ABŞ ilə danışıqlarda Ermənistan-Azərbaycan məsələsini gündəmə gətirməyə çalışır. Həmçinin ermənilərin Qarabağa qayıtmasını danışıqlar prosesində canlandırmağa çalışır. Baş verə biləcək proseslər Ermənistan Baş naziri Nikol Paşinyanın da hakimiyyətini təhdid edir. Rusiya Ukraynada mövqeyini gücləndirərsə, N.Paşinyan öz hakimiyyəti ilə vidalaşmalı olacaq. Məhz N.Paşinyan Azərbaycanla danışıqlarda əlavə şərtləri kənara qoyub, sülh müqaviləsini imzalayarsa, Türkiyə Ermənistanın təhlükəsizliyinin qarantı olar. Rusiyanin bu ölkəyə təzyiqlərini neytrallaşdıra bilər”. 

Avropa dövlətlərinin Rusiyanın Ukraynada qalib gəlməsinə, D.Trampın Rusiyaya güzəştə getməsinə imkan verməməyə çalışdıqlarını vurğulayan politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi, ABŞ prezidentinin Kremlin maraqlarına uyğun addımlar atması bizim regiona da təsirsiz ötüşməyəcək: 

“Ermənistan və Azərbaycan tezliklə sülh müqaviləsi imzalayıb, Rusiya və ABŞ sövdələşməsini neytrallaşdırmalıdır. Təbii ki, ilk addımı Ermənistan rəhbərliyi atmalıdır”. 

Seçilən
6
sherg.az

1Mənbələr