AZ

Ginnesin Rekordlar Kitabına düşmüş HİND FİLMLƏRİ - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Hindistan dünyanın ən böyük kino sənayelərindən birinə malikdir. 100 ildən artıqdır ki, qurulub və bu müddət ərzində Bollivud bir çox rekord nəticələr əldə edib.

Hafta.az-ın yazdığına görə, "Bollywoodtime" jurnalı Ginnesin Rekordlar Kitabına düşən hind filmləri haqqında məlumat verib. Qeyd edilib ki, Hindistanda ildə 1000 civarında bədii film istehsal olunur. Bu, Hollivudun il ərzində istehsalından iki dəfə çox film deməkdir.

2009-cu ildə Hindistanda 24 dildə 1288 film nümayiş etdirilib. Bu göstərici sayəsində ölkənin kino sənayesi Ginnesin Rekordlar Kitabına düşüb.

"Səni sevdiyimi de"

Bu film 2002-ci ildə çx sayda mükafat aldığı üçün Ginnesin Rekordlar Kitabına düşüb. Hritik Roşan və Amişa Patelin 2000-ci ildə çəkdiyi debüt filmi uğurlu blokbaster olub və ümumilikdə 92 mükafat qazanıb.

"Xatirələr"

Rejissor və prodüser Sunil Duttun bu filmində baş rolu özü oynayıb. Dünya kinematoqrafiyasında bir aktyorun iştirakı ilə çəkilmiş ilk və yeganə filmdir. Nargis Dutt filmin final səhnəsində kölgə kimi görünür.

“PiKey”

Amir Xanın baş rolda olduğu “PiKey” 2014-cü ildə ekranlara çıxıb və Hindistan tarixində ən uğurlu film kimi tanınıb. Film 6,22 milyard rupi və ya 101,2 milyon dollar gəlir əldə edib. "PiKey" 2015-ci ildə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Daha sonra bu rekord daha 4 Bollivud filmi ilə qırılıb: "Bahubali: Yaradılış", "Kuraş", "Robot 2", "Bahubali: Son". “PiKey” bu günə qədər ən çox gəlir gətirən ilk beş hind filmi arasında qalır.

"Baahubali: Yaradılış"

Rejissoru Racamouli olan bu film 2015-ci ildə ən böyük afişa rekordu vurub. Plakatın ölçüsü 4793,65 kvadratmetr olub. Əvvəllər bu rekord Akşay Kumarın “Boss” filminə məxsus idi.

"Sevgi və Tanrı"

“Sevgi və Tanrı” filminin çəkilişləri 1960-cı ildə başlayıb və 1986-cı ildə başa çatıb. Baş rol ifaçısı Quru Dutt filmin sevgi səhnələrini çəkərkən dünyasını dəyişib. Daha sonra rejissor onu Sanjiv Kumarla yenidən çəkməyə başlayıb. Ancaq rejissr 1971-ci ildə vəfat edib. 1986-cı ildə rejissorun dul arvadı filmin çəkilişlərini başa vurub və nümayiş etdirib. Bu film ən uzun çəkən hind filmi rekorduna sahibdir.

"Oğurlanmamış gəlin"

Bollivudun bu ən romantik filmi kinoda ən uzunömürlü film kimi Ginnesin Rekordlar Kitabına düşüb. 1995-ci ildən 2005-ci ilə qədər 10 il fasiləsiz olaraq yayımlanıb.

"Zülmət"

Bu, Bollivudun ən uzun müddətli filmi kimi rekorda sahibdir. Filmin müddəti 4 saat 34 dəqiqədir.

Filmdə Om Puri, Dipa Saxi, Amriş Puri və Pankaj Kapur kimi məşhur aktyorlar çəkilib.

Seçilən
17
1
hafta.az

2Mənbələr