AZ

“Xalq Sığorta” şirkəti “liderdir” – 1 ayda 98 məhkəmə

Ölkədə özünü doğrultmuş, hər kəsin üstünlük verdiyi sığorta şirkəti demək olar ki, yoxdur. Bu gün avtomobillərini məcburi şəkildə sığorta etdirən sürücülər belə bu şirkətlərlə daim problem yaşayır. Məhz bu səbəbdəndir ki, belə sığorta şirkətlərinə heç kəs əmlakını, evini sığorta etdirmək istəmir. Bu şirkətlərə etibarın olmamasının bir səbəbi də onların vətəndaşlarla yaşadığı məhkəməyə çəkişmələridir. Elə bir ay yoxdur ki, sığorta şirkətləri məhkəməyə verilməsin və ya onlar müştəriləri ilə bağlı iddia qaldırmasın.

“Yeni Sabah” xəbər verir ki,  Tribunainfo.az qarşıdakı 30 gün ərzində məhkəmə çəkişməsi olan sığorta şirkətlərinin siyahısını tərtib edib. 

Müştəriləri ilə daha çox problem yaşayan və ay ərzində ən çox məhkəmə çəkişməsi olan sığorta şirkətinin “Xalq Sığorta” olduğu məlum olub.

Tam siyahını təqdim edirik:

“Xalq Sığorta” – 98 məhkəmə

“Atəşgah Sığorta” – 35 məhkəmə

“Atasığorta” – 34 məhkəmə

“Azsığorta” – 29 məhkəmə

“Bakı Sığorta” – 15 məhkəmə

“Qala” sığorta – 12 məhkəmə

“A-Group” – 11 məhkəmə

“Meqa Sığorta” – 10 məhkəmə

“Azərbaycan Sənaye Sığorta” – 6 məhkəmə

Günay Sığorta – 2 məhkəmə

“Qala Həyat” Sığorta – 2 məhkəmə


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr