AZ

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş olub - Yenilənib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Murat Nurtleu arasında geniş tərkibdə görüş olub...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

***

Astanada AzərbaycanQazaxıstan XİN başçılarının nümayəndə heyətləri tərkibində görüşü başlayıb.

Bu barədə “Report”un Qazaxıstan bürosu məlumat verir.

Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub.

Poliqon.info

Seçilən
123
1
poliqon.info

10Mənbələr