AZ

Dəhşətli avtobus qəzası: 18 ölü, 29 yaralı - Bu ölkədə

Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər ölüb, 29 nəfər yaralanıb.

News24.az-ın xəbərinə görə, ştat qubernatoru Salomon Jara mətbuata bildirib ki, ölkənin paytaxtı Mexikodan hərəkət edən avtobus Mitla-Tehuantepek avtomobil yolunda qəzaya uğrayıb.

Onun sözlərinə görə, xəsarət alanlar arasında 29 nəfər var, onlardan ikisinin vəziyyəti ağırdır. Bütün yaralılar xəstəxanalara çatdırılıb.

Qubernator həlak olanların ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını qeyd edib.

Yerli mətbuatın məlumatına görə, qəzaya düşənlər hakim Milli Yeniləşmə Hərəkatı (MORENA) partiyasının tərəfdarlarıdır və onlar prezident Klaudiya Şeynbaumun bazar günü Mexikoda keçirilən mitinqindən qayıdırmışlar.


Aynurə


Seçilən
21
news24.az

1Mənbələr