AZ

Mask bir gündə təxminən 30 milyard dollar itirdi

İlon Maskın sərvəti onun rəhbərlik etdiyi “Tesla” şirkətinin səhmlərinin dəyərinin düşməsi fonunda azalmağa davam edir. 

Ölkə.az xəbər verir ki, “Bloomberg” Milyarderlər İndeksinin (BBI) məlumatına görə, cəmi bir gündə avtomobil istehsalçısının səhmlərinin qiymətinin 15,4 faiz azalması fonunda 29 milyard dollar ucuzlaşıb.

Bazar ertəsi ABŞ bazarlarında baş verən satışlar fonunda, demək olar ki, bütün ən yaxşı milyarderlər sərvətlərinin aşağı düşdüyünü görüblər. Mask təxminən 30 milyard dollar itirdiyi halda 301 milyard dollarla BBI-yə rəhbərlik etməyə davam edir.

İlin əvvəlindən milyarder artıq sərvətinin 132 milyard dollarını itirib.

Həmidə İbrahimova

Seçilən
22
olke.az

1Mənbələr