AZ

"Qızıl top"a namizədlərin siyahısı yeniləndi - "10-luq"

Növbəti "Qızıl top" üçün mübarizə aparan oyunçuların reytinqini yenilənib.

Fanat.Az xəbər verir ki, "Goal" ən real namizədlərin "10-luğ"unu tərtib edib. 

"Liverpul"un hücumçusu Məhəmməd Salah birinci yerdəki mövqeyini qoruyub. Misirlini təqib edən futbolçulardan 3-ü "Real"lı, 4-ü "Barselona"lıdır. Əvvəlki siyahı ilə müqayisədə "Bayer Leverkuzen"in ulduzu Florian Virtsin zədə səbəbindən ilk "10luğ"u tərk etməsi diqqət çəkir. 

1. Məhəmməd Salah - Liverpul
2. Kilian Mbappe - Real Madrid
3. Rafinya - Barselona
4. Lamin Yamal - Barselona
5. Harri Keyn - Bayern Münhen
6. Robert Levandovski - Barselona
7. Vinisius - Real Madrid
8. Cud Bellingem - Real Madrid 
9. Camal Musiala - Bayern Münhen
10. Pedri - Barselona.

Seçilən
11
fanat.az

1Mənbələr