AZ

Bakıda yolun asfalt qatı dağılıb FOTO/VİDEO

Bakının Babək prospektində yolun asfalt qatında çökmə yaranıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Günəşlı qəsəbəsindən Babək prospektinə çıxan yoldan, körpünün üzərindən gedir.

Bir müddət əvvəl İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin əməkdaşları tərəfindən ərazidə su boruları dəyişdirilib. Həmin yerə asfalt qatı vurulsa da, sonradan çökmə yaranıb. Bu isə ərazidən keçən nəqliyyat vasitələrinin hərəkətinə çətinliklər yaradır.

Mövzu ilə bağlı daha ətraflı material “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.   

Seçilən
17
xezerxeber.az

1Mənbələr