AZ

Moskva səmasında 73 PUA vurulub, insan təlafatı və dağıntı var

Rusiya, Moskva da daxil olmaqla, bir çox bölgəyə pilotsuz təyyarə hücumlarının olduğunu bildirib. Rəsmilər Moskva vilayətində 73 pilotsuz təyyarənin vurulduğunu deyir.

Ümumilikdə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir gecədə 337 pilotsuz təyyarə vurulub.

Rusiya Teleqram kanallarının yazdığına görə, dronlardan biri Moskva vilayətinin Ramenskoye şəhərində yaşayış binasına düşüb. 19-cu mərtəbədən 22-ci mərtəbəyə kimi ən azı 7 mənzilə ziyan dəyib. Pilotsuz təyyarə Moskva vilayətinin Vidnoye şəhərində də yaşayış binasına düşüb. Zərbə dalğası binanın üst mərtəbələrindəki şüşələri uçurub. Daha sonra dronun Moskvanın Domodedovskaya küçəsində hündürmərtəbəli binaya çırpılmasının görüntüləri internetdə yayılıb. Hücum nəticəsində Domodedovoda “Miratorq” işçilərinin dayanacağında böyük yanğın başlayıb və orada 20-yə yaxın avtomobil yanıb. Bundan əlavə, şahidlər Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində dəmir yolu relslərinin zədələndiyini bildirirlər. Bəzi şəhərətrafı qatarların hərəkəti ləğv edilib.
Rusiya rəsmiləri deyirlər ki, iri pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Samara bölgəsində və Tatarıstanda PUA hücumu təhlükəsi elan edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
1
editor.az

2Mənbələr