AZ

"Çelsi"dən Ukraynaya çatacaq 2,3 milyardı bölə bilmirlər: Nazir detalları açıqladı

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "Çelsi"nin satışından əldə edilən 2,3 milyard funt-sterlinq məbləğində dondurulmuş vəsaiti Ukraynaya kömək etmək üçün istifadə etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Nazir nəşrə açıqlamasında xəbəri təsdiqləyib: “Düzdür, pulu bölüşdürmək, ondan istifadə etmək lazımdır”.

Pul 2 ildir ki, xüsusi trast bank hesabında saxlanılır, lakin onun istifadəsi ilə bağlı müzakirələr hələ də davam edir. Nazir qeyd edib ki, məsələni məhkəmə yolu ilə həll etmək istəmir. Çünki bu, çox vaxt aparır. Lakin bu variant da müzakirə olunur.

Böyük Britaniya hökuməti pulun Ukrayna daxilində xərclənməsini israr edir. Fond isə vəsaiti qaçqınlara dəstək üçün istifadə etməyi təklif edir.

Seçilən
32
publika.az

1Mənbələr