Bakı, 11 mart, AZƏRTAC
“Səbail”in futbolçusu İnnosent Nşuti Ruanda millisinə dəvət olunub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, hücumçu yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara çağırılıb.
Ruanda millisi Nigeriya və Lesoto ilə qarşılaşacaq.