AZ

Azərbaycan millisi bu gün Yunanıstanla üz-üzə gələcək

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsində növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 4-cü tur çərçivəsində Afinada Yunanıstan yığmasının qonağı olacaq.

5-ci qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimizin yer aldığı 5-ci qrupda Xorvatiya yığması 9 xalla liderdir. Yunanıstan yığması 4 xalla ikinci, Azərbaycan millisi 2 xalla üçüncü, İsveç seçməsi isə 1 xalla sonuncu – dördüncüdür.

AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 mart

21:00. Yunanıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. “DAİS Sports Hall”.

Seçilən
9
5
arena.az

8Mənbələr