AZ

Eks-prezident hava limanında yaxalandı – 6 min insanın ölümündə ittiham edilir

Filippinin keçmiş prezidenti Rodriqo Duterte insanlığa qarşı cinayətdə ittiham olunaraq həbs edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə rəsmi sənədlərə istinadla "Manila Bullet"in məlumat yayıb.

Filippin Prezident Ofisi bildirib ki, martın 11-də səhər Honq-Konqdan gələn Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila hava limanına endikdən sonra saxlanılıb. Həbs orderinin rəsmi surəti İnterpol Manila tərəfindən alınıb.

Beynəlxalq Cinayət Məhkəməsi 79 yaşlı Rodriqo Duterte və başqalarını narkotik kartellərinə qarşı mübarizədə məhkəməsiz qətllər və digər insan haqları pozuntuları ittihamı ilə araşdırır.

Filippin hüquq müdafiəçiləri prezidenti ölkədə 6 mindən çox insanın məhkəməsiz qətllər nəticəsində ölümünə səbəb olmaqda ittiham edirlər. Siyasətçi dəfələrlə açıq şəkildə narkotik alverçilərinə və narkomanlara qarşı fiziki zorakılığa çağırış edib və 3 narkotik alverçisini şəxsən öldürdüyünü bildirib.

Rodriqo Duterte 2016-2022-ci illərdə Filippinin prezidenti olub. Onun qızı Sara Duterte-Karpio hazırda vitse-prezident vəzifəsini icra edir və fevral ayında impiçment elan edilib. Dövlət başçısı Ferdinand Markos Sr və seçkilərdən sonra Duterte-Carpio ilə siyasi mövqeləri ayrılıb.

Prezident Rodriqo Dutertenin dövründə Filippin Beynəlxalq Cinayət Məhkəməsini təsis edən Roma Statutundan çıxıb.

“AzPolitika.info”

Seçilən
23
azpolitika.info

1Mənbələr