AZ

Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökumətinin büdcəsi keçmiş prezident Co Baydenin administrasiyası dövründə korrupsiya və fırıldaqçılıq səbəbindən təxminən 500 milyard dollar itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox Business" telekanalına müsahibəsində ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask Hesablama Palatasının məlumatlarına istinadən bildirib.
"Bayden dövründə hökumət büdcəsi israfçılıq səbəbindən yarım trilyon dollar itirib. Biz bu göstəricini minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask qeyd edib.
Xatırladaq ki, yanvarın 20-də Prezident Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-nin büdcə xərclərinin genişmiqyaslı araşdırılmasına başlayıb. Maskın sözlərinə görə, qurum hökumət xərclərini 2 trilyon dollar azaltmağı nəzərdə tutur.
Seçilən
64
31
oxu.az

10Mənbələr