Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Domodedovonun rəhbəri Yevgeniya Xrustaleva bildirib.
"Mənə indicə məlumat verdilər ki, üçüncü şəxs də dünyasını dəyişib. Həkimlər əllərindən gələni etdilər. Mən mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Biz şokdayıq və sizinlə birlikdə yas tuturuq!", - Xrustaleva bildirib.
Daha əvvəl bildirilib ki, Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində yaralanan 50 yaşlı kişi Vidnoye şəhərindəki xəstəxanada ölüb, “Miratorq” şirkətinin mühafizəçisi, 38 yaşlı kişi isə aldığı xəsarətlərdən yerindəcə keçinib.