ABŞ prezidenti Donald Tramp səhmlərinin aşağı düşməsi ilə əlaqədar şirkətə dəstək olmaq üçün özünə yeni Tesla alacağına söz verib.
NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının mesajını istehsalçının rəhbəri İlon Mask öz səhifəsində dərc edib.
Tramp böyük amerikalı adlandırdığı İlon Maska inamını və dəstəyini göstərmək üçün özünə tamamilə yeni Tesla alacağını söylədi. Bu addıma səbəb bir sıra vətəndaşların avtomobil istehsalçısını boykot etməsi olub.
Tesla ilin əvvəlindən bəri 45 faiz ucuzlaşıb və Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra əldə etdiyi bütün qazancları silib. Çərşənbə axşamı, martın 11-də şirkətin səhmləri 2020-ci ildən bəri ən böyük çöküşü yaşadı. Qiymətli kağızlar dərhal 15 faiz dəyər itirərək 222,15 dollara düşüb.
İlon Maskın sərvəti onun şirkəti Tesla-nın səhmlərinin qiymətinin düşməsi ilə azalmağa davam edir. Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatına görə, bir gündə 29 milyard dollar azalıb.
Bu arada, Maskın rəhbərlik etdiyi ABŞ hökumətinin səmərəlilik agentliyinin rəhbərinə mənfi münasibət bəsləyən amerikalılar Tesla avtomobillərini, dilerləri və enerji doldurma məntəqələrini vandalizmə məruz qoyurlar. Son bir neçə həftə ərzində ən azı on belə hal qeydə alınıb.