AZ

Xamenei üçün hakimiyyəti qorumaq “fürsəti”

ABŞ-İran əlaqələrindəki dinamika barədə bir neçə tezis.

1. Xamenei üçün hakimiyyəti qorumaq “fürsəti”

ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Seyid Əli Xameneiyə məktub göndərməsi “sövdələşmək üçün təzyiq” kampaniyasının çalarlarını ifadə edir. Trampın “İranla nüvə sazişi əldə etməyə üstünlük verəcəyik, əks təqdirdə başqa variantla problem həll ediləcək” deməsi daha çox Ağ Evlə Tehranın yenilənmiş əməkdaşlıq əldə etməsi üçün qurulmuş diplomatik-siyasi həmlədir. İranın siyasi və ruhani elitası Trampın məktubunun elanından sonra ABŞ ilə danışıqları rədd edirlər. Ancaq cənab Xamenei güclü manevrlər edən siyasətçi kimi ABŞ-dən öz hakimiyyətinin qorunmasına dair təminatlar almaqda maraqlı ola bilər.

Qısa açılış:

- Xamenei ABŞ-yə qarşı ideoloji ritorikanın flaqmanı olsa da, onun tətil günlərindən tutmuş gündəlik iş qrafikinə qədər həm Vaşinqton, həm də İsraildə ciddi kəşfiyyat hesabatları mövcuddur. Bütün bunlara rəğmən Xamenenin hələ də ciddi qorunması təkcə İran daxili siyasi istibleşmentinin təhlükəsizlik qaydaları ilə əlaqəli deyil. Yəni, Xamenenin İranda dövlət etlitasının başında olması həm ABŞ-nin, həm də İsrailin işinə yarayır.

- Cənab Xamenei ABŞ ilə İsrailin mümkün hərbi əməliyyatlarını daxildə öz varisliyini saxlamaq və onu mühafizə etmək hekayələri ilə uyğunlaşdıran ideoloji istiqamətləri müəyyənləşdirir,

- Xamenei ABŞ ilə danışıqlara qarşı görüntü yaratsa da, onun nüvə silahı yoxsa nüvə razılaşması əldə etmək qərarına gəldiyi hələlik aydın deyil. Xamneinin qərarı, çox güman ki, öz təsir rıçaqlarına ən böyük təhlükənin daxili və ya xarici olduğunu hesablamasından asılı olacaq.

2. Nüvə obyektlərinə hücum çətindir, lakin mümkündür

İran nüvə silahı əldə etmək həddinə yaxınlaşır. İranın yüksək rütbəli hərbi məsləhətçiləri, SEPAH rəsmiləri Xameneini nüvə silahı əldə etmək üçün getdikcə daha çox lobbiləşdirirlər.

İranın nüvə obyektlərinin hava əməliyyatları ilə sıradan çıxarılması çətindir. Ona görə ki, İranı nüvə təsisatları dağların altındadır və onların dərinliyinə nüfuz edən silahlar İsraildə yoxdur. Başqa bir problem ABŞ-nin İranın nüvə obyektlərinə nüfuz edə biləcək “F-15EX” qırıcı təyyarələrini İsrailə verməməsidir. Trampın hədələri İrana intensiv hücumlar fonunda ABŞ-nin İsrailə həmin qırıcıları verə biləcəyi ehtimallarını yaradır. Lakin bu problematikdir, ona görə də, ABŞ ilə İsrail nüvə obyektlərinə qarşı daha çox kiberəməliyyatlarla İranın daxilində başlaya biləcək iğtişaşları paralel şəkildə yönləndirməyə daha çox üstünlük verə bilər.

3. Rusiyanın hədəfi

Rusiya ABŞ ilə İran arasında vasitəçiliyini Kremlin Ağ Evlə əlaqələrini düzəltməyə, İsraillə münasibətlərini inkişaf etdirməyə yönəlik maraqların ifadəsidir. Bu, Rusiyanın ABŞ-dən Ukrayna ilə bağlı gözləntiləri fonunda nəzərə çarpır. Ehtimalla Rusiya, Ağ Ev-İran münasibətlərinin nəticələrini Kremlin Yaxın Şərq siyasətinin yenidən prioritetləşdirməsi ilə əlaqələndirəcək.

4. Çin nə edir?

Çinin son zamanlar səssizliyə çəkildiyi görünə bilərdi, lakin Pekin Tayvan ətrafında güc nümayişi üçün yeni hərbi təlimlərə başlayıb. Bu, Pekinin qarışıqlıqlardan istifadə qabiliyyətini vurğulayır. Çin nə İrana, nə də Rusiyaya müdafiə öhdəlikləri təqdim edir, o, eksklüziv üstünlüklərindən yararlanaraq öz ekspansiyasını həyata keçirir. ABŞ-İran münasibətləri və Rusiyanın bu əlaqələrdəki rolu Çini Yaxın Şərqdə və Avropada geosiyasi xəttini gücləndirməyə təhrik edəcək. Türkiyənin isə bütün rəqabət və əməkdaşlıqlara hazırlıq siyasəti möhkəmlənib və ehtimalla hazırda İranla bağlı strategiyalar Ankaranın portfelinə böyük ölçüdə qlobal oyunçu statusu qazandıracaq....

Aqşin Kərimov

visiontv.az



Seçilən
44
visiontv.az

1Mənbələr