Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.
Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:
"Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib".
İqtisadçı qeyd edib ki, minimum pensiya alanlar üçün xüsusi ödənişlər ayrıla bilər:
"Azərbaycanda pensiya artımlarının və əlavə ödənişlərin tətbiqinin müəyyən maliyyə yükü yarada bilsə də, bunun daha ədalətli formada həyata keçirilməsi mümkündür. Hazırda ölkədə 1 milyondan çox pensiyaçı var və onların hamısına bayram mükafatı vermək hökumət üçün maliyyə baxımından çətin ola bilər. Lakin minimum pensiya alanlar üçün əlavə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Təxminən 800 mindən çox təqaüdçü minimum və minimuma yaxın pensiya alır. Heç olmasa, həmin kateqoriyaya aid şəxslərə əlavə vəsaitlərin ödənilməsi onların maddi durumuna müsbət təsir edə bilər."
10Mənbələr
-
qlobal.netBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək? - AÇIQLAMA ( 15974995)
-
yenisabah.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək? - AÇIQLAMA ( 15972973)
-
tribunainfo.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15972743)
-
pravda.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15972459)
-
bizim.mediaBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15971459)
-
news24.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15963535)
-
mynews.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15968769)
-
moderator.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR ( 15968255)
-
demokrat.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək? ( 15968235)
-
publika.azBayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək? ( 15968015)