“Entekhab” saytı xəbər verir ki, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, “ABŞ və İran arasında münaqişə baş verərsə, Tayvan məsələsi mütləq qısa zamanda həll olunacaq”.
Sabiq nazir Qətərin xarici işlər nazirinin açıqlamalarından və Buşehr nüvə obyektinə hücum xəbərdarlığından sonra deyib ki, Fars körfəzindəki ərəb ölkələri Tehran və Vaşinqton arasında müharibə istəmirlər.
“Fars körfəzi ölkələrinə gəlincə, siyasi təhlil nöqteyi-nəzərindən gizli şəkildə İranı cilovlamaq istəsələr də, digər tərəfdən İranla Amerika arasında münaqişə görmək niyyətində deyillər. Bu məsələnin aspektləri və bölgə üçün xoşagəlməz nəticələri baxımından ən azı onu deyə bilərik ki, onun təhlükəli nəticələri heç də aydın görünmür”, - deyə, Əli Əkbər Salehi vurğulayıb.
visiontv.az