AZ

Yel çərşənbəsində 22 mindən çox ağac əkilib

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisinin meşə fondu torpaqlarında 22 740 ədəd müxtəlif növ ağac tingi əkilib, 200 kiloqrama yaxın toxum səpilib. 

Bu gün meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində  keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.

"Cebheinfo.az"

Seçilən
12
9
cebheinfo.az

10Mənbələr