AZ

Zibillikdə axtarışa başladı: 85 min manat qənaət etdi

ABŞ-nin Florida ştatında yaşayan 22 yaşlı Melanie Diaz adlı qadın qeyri-adi qənaət üsulu ilə sosial mediada diqqət mərkəzinə çevrilib. O, iki il ərzində tullantılardan geyim, ev heyvanları üçün yem və məişət əşyaları toplayaraq 50 min dollar (təxminən 85 min manat) qənaət etdiyini iddia edir.

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, Diaz ilk dəfə tullantı konteynerinə baxış keçirdikdə kitablar, oyuncaqlar və yenidən istifadə edilə bilən bir çox əşya tapıb. Bu təcrübə onun marağını daha da artırıb və nəticədə gündə 4-5 saatını tullantılar arasında dəyərli əşyalar axtarmağa sərf etməyə başlayıb. O, tapdıqları sayəsində geyim və digər əsas ehtiyaclarına pul xərcləmədiyini deyir.

“Tullantılar arasında axtarışa başladıqdan bəri böyük bir qənaət etdiyimə inanıram. Bu pulla dünyanı gəzdim”, – deyə Diaz bildirib. O, bəzi insanların tapdıqları əşyaları satmasına baxmayaraq, yalnız ehtiyac duyduğu əşyaları saxladığını və istifadə etmədiklərini bağışladığını deyib.

Melanie Diaz kimi başqa şəxslər də tullantılardan istifadə edərək gəlir əldə etdiklərini bildirirlər. Texasda yaşayan bir qadın bu üsulla ildə 76 min dollar qazandığını iddia edir.

Tullantılar arasında gözlənilməz hadisələr də baş verib. ABŞ-ın Buffalo şəhərində yaşayan 35 yaşlı Deyv Şeffield və 39 yaşlı həyat yoldaşı Erin bir tullantı konteynerində tanış olduqlarını deyirlər. Deyv dəyərli bir şey tapmaq üçün tullantılar arasında axtarış apararkən Erin ilə rastlaşıb. Onlar həmin günü birlikdə tullantıları araşdıraraq keçirib və bu təsadüfi görüş sonradan xoşbəxt bir evliliyə çevrilib.

Seçilən
7
1
konkret.az

2Mənbələr