AZ

“Bu beynəlxalq hüquqa hörmətsizlikdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“İstisnasız olaraq bütün hər hansı bir sülh fondunun bir ölkəni silahlandırması həm məntiqə, həm də özü özlüyündə qanuna ziddir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Aİ-nin Avropa sülh fondundan Ermənistana təhlükəsizliyi təmin etmək adı altında verilən pullar silaha görədir: “Bunun Avropa İttifaqının bütün yetkililəri, bütün rəhbər şəxsləri bilir ki, bu pullar nəyə xərclənilir. Yəni sülh üçün Ermənistana ayrılan pullar insanları öldürmək, başqa ölkənin ərazisinə göz dikmək üçün olan məqsədlərə xidmət edir”.

Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Bir daha Avropa siyasətinin nə qədər ikiüzlü olduğunun göstəricisidir. Və çox təəssüf ki, bu beynəlxalq hüquqa hörmətsizlikdir. Avropa İttifaqı regionda yaranmış yeni reallığı qəbul etmir. Reallıq nədir? Beynəlxalq hüququn təmin olunmasıdır. Avropa İttifaqı, xüsusilə də Fransa bunu qəbul etmir. Onların hansı şəkildə davranmalı olmalarından asılı olmayaraq reallıq olduğu kimi qalır. Ermənistana verilən 10 milyon vəsait bu reallığı dəyişəcək imkanlara da sahib deyil.

Ayşən Vəli

Seçilən
26
sia.az

1Mənbələr