Braziliyanın San Paulu şəhərində ana qız cinsiyyət dəyişdirərək ata-oğul olublar.
Azreform.info “Daily mail”ə istinadla xəbər verir ki, 38 yaşlı Rafael və 10 yaşlıQustavo Batistalar bioloji olaraq qadın kimi doğulsalar da, özlərini kişi kimi aparıblar.
Qustavo 4 yaşında olarkən bu keçidə başlayan ilk şəxs olub və bu məsələdə Rafaeə cəsarət verib.
38 yaşlı Rafael isə ötən il kişi olmağa qərar verib.
Rafael və Qustava Batistalar həyat hekayələrini 25 min izləyicisi olan instaqram səhifəsinədə paylaşıblar.
Aktyor və tələbə olan Qustavo trans və cisgender obrazlarını canlandırdığı layihələrdə iştirak edib. Prosesin onun üçün təbii bir irəliləyiş olduğunu deyən Qustavo bildirib ki, anasına “ata” demək o qədər də çətin olmayıb.
Ata-oğul keçid prosesi Braziliya Vahid Səhiyyə Sistemi tərəfindən müəyyən edilmiş protokollara və Federal Tibb Şurasının tövsiyələrinə uyğun olaraq həyata keçirilib.
Rafael "Campo Limpo" bələdiyyə xəstəxanasında müalicə alır, Qustavo isə Psixiatriya İnstitutunun Transdisiplinar Gender Kimliyi və Cinsi Orientasiya Ambulatoriyasında və "Hospital das Clinicas" Uşaq İnstitutunun Pediatrik Endokrinologiya Bölməsində izlənilir.
Sözügedən dəyişiklik bütün dünyada müzakirələrə səbəb olub.
Billurə