AZ

Pirallahı Sənaye Parkına 43 milyon manatdan çox investisiya yatırılıb

Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Agentliyin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 43 milyon manatdan çox investisiya yatırılıb, 160-dan çox daimi iş yeri yaradılıb. Pirallahı Sənaye Parkında indiyədək 61 milyon manatlıq məhsul istehsal edilib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Park 30 hektar ərazini əhatə edir.

Seçilən
49
5
vergiler.az

9Mənbələr