Novruz bayramınadək xüsusi təntənə, mərasimlərlə qeyd olunan çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir.
Bu çərşənbəyə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Heydər çərşənbəsi” də deyilir.
Hit.az xəbər verir ki, qədim inanclara görə, Novruz bayramına qədər dörd çərşənbə müddətində əvvəlcə su, sonra od, yel və nəhayət, torpaq oyanır. Beləliklə, bu çərşənbə “dirilmək”,
canlanmaq və təbiəti də canlandırmaq növbəsi yelin, küləyindir. İnanca görə bu çərşənbədə oyanan yel və külək Yer üzünü dolaşır.
Oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir.
Bu çərşənbədə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir.
Yel həm də xeyirxahlıq simvoludur.
Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi kimi də təsvir olunub.
Yel baba qalın meşələrdə azıb, mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.
Sevinc