Banker.az xəbər verir ki, “Azər-Türk Bank” İdarə Heyətinin üzvlərindən biri olan İslam Musayev vəzifəsindən ayrılıb.
Bununla da, İdarə Heyətinin üzvlərinin sayı üçə düşüb.
Hazırda bankın İdarə heyətinin strukturu belədir:
Sədr:
- Orxan Hüseynov
Üzv:
- Orxan Qədirbəy
- Araz Gəncəli
- Emil Ələkbərov
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı AİH-in idarəetməsinə verilib.