AZ

ABŞ-la HƏMAS arasında görüş: Nəticəsi var?

ABŞ və HƏMAS arasında ilk təmas baş tutub.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Rubio deyib. O bildirib ki, görüşdə girovların azad edilməsini müzakirə etdiklərini də bildirib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Rubio Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən təyyarədə jurnalistlərə açıqlama verib. Rubio bildirib ki, ABŞ-ın girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehler Qətərdə HƏMAS rəsmiləri ilə ABŞ vətəndaşı girovların azad edilməsi məsələsini müzakirə edib.

Rubio Boehler və HƏMAS lideri Xəlil əl-Hayya arasında keçirilən görüşün “birdəfəlik” olduğunu deyib. O, görüşün hələ nəticə vermədiyini söyləyib, həmçinin HƏMAS-ı bütün girovları azad etməyə çağırdığını təkrarlayıb.

Seçilən
56
publika.az

1Mənbələr