AZ

Reklam Agentliyi sahibkarı səhvən məhkəməlik edib

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi səhvən sahibkarı məhkəməlik edib. 

Vayuta.az-ın məlumatına görə, Bakı şəhəri Reklam İdarəsi “Ev İnşaat” adlı obyektin sahibi Elvin Dənziyevi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə cərimələyib və işi məhkəməyə göndərib. 

Məhkəmədə məlum olub ki, Elvin Dənziyevin işlətdiyi obyekt Bakı şəhəri Reklam İdarəsi   tərəfindən qeydiyyatdan keçirilib. İdarə əməkdaşları onunla heç bir hüquqi bağlılığı olmayan və eyni binanın 2-ci mərtəbəsində yerləşən “Al Studio” adlı obyektə görə adına cərimə tətbiq ediblər. “A Studio” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar ediləsə də, sözügedən obyektin sahibkara məxsus olmadığı aşkarlanıb.

Məhkəmə Elvin Dənziyev haqqında isə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verib.

Sabiq İsbəndərli

Seçilən
14
valyuta.az

1Mənbələr