AZ

Qaz Emalı Zavodunun direktoru dəyişib

Qaz

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun direktoru dəyişib.

Reyting.az
Banker.az-a istinadla xəbər verir ki, Sinan Girgin zavodun rəsmən direktor vəzifəsinə təyin edilib.

Buna qədər sözügedən vəzifədə Aqşin Paşayev Şəmşəd oğlu idi.

Aqşin Paşayev Zavod yarandığı gündən – 2009-cu ildən bu tərəfə zavodun direktoru vəzifəsində çalışıb.

Sinan Girgin isə 2023-cü ildən bu zavodda rəhbərlikdə çalışıb. Bundan öncə Türkiyənin “Tüpraş” və “Akyak Ticaret A.Ş.” kimi şirkətlərində işləyib.

Qeyd edək ki, Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə SOCAR-ın strukturuna daxil edilib. Zavod təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını, təmizlənmiş təbii qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat kimi məhsulların istehsalını həyata keçirir.

Seçilən
48
5
reyting.az

7Mənbələr