“Feyenoord”un baş məşqçisi Robin van Persi Çempionlar Liqasının 1/8 finalının “İnter”lə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az niderlandlı mütəxəssisin səfər oyunu öncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:
“Mən deməyəcəyəm ki, biz Milanda meydana çıxacaq və bu oyunda sadəcə qalib gələcəyik. Amma ümid həmişə var, əlbəttə ki, biz arzuedilən nəticəni qazanmaq istəyirik.
4500 nəfərdən artıq azarkeşimiz İtaliyaya gəlib, axı onlar da bizə həmçinin inanırlar. Bu, həm mənim üçün və həm də komandam üçün böyük bir sınaqdır. Bizim, özümüzü necə göstərəcəyimiz və rəqibə necə bir mübarizə calayacağımız vacibdir. Bu, mənim, oyunçularıma çatdırmaq istədiyim tapşırığımdır.
Bu oyun ərəfəsində bizim kadr çətinliklərimiz var. İqor Payşao (“Feyenoord”un 24 yaşlı braziliyalı sol cinah hücumçusu – redaktorun qeydi) məşq zamanı zədələnib. Hamı, onun nə qədər fantastik bir oyunçu olduğuna bələddir. Bizim üçün bu, böyük itkidir, amma həyat belədir”, deyə Robin van Persi vurğulayıb.
“İnter” – “Feyenoord” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.
Xatırladaq ki, evdə keçirdiyi ilk oyunda “Feyenoord” “İnter”ə 0:2 hesabı ilə məğlub olub.