Sədərək Rayon İcra Hakimiyyəti tender elan edib.
Valyuta.az xəbər verir ki, elan olunan tender Sədərək rayon Heydərabad qəsəbəsində və Sədərək, Qaraağac, Dəmirçi kəndlərində təmir-bərpa və abadlıq işlərinin satın alınması ilə bağlıdır.
Tender üzrə ehtimal olunan ilkin qiymət 650 min 358 manatdır. Elan olunan tender aprelin ayının 14-dək davam edəcək.
Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Etibar oğlu Cahidzadədir. O, ötən ilin fevral ayında bu vəzifəyə təyin olunub.
Sərvanə Rəmixanova