AZ

“Talassemiyasız həyat naminə”: Tərtərdə qanvermə aksiyası keçirilib

Tərtər, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə qanvermə aksiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib.

Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Seçilən
9
2
azertag.az

3Mənbələr