AZ

Neymarın “hoqqası” “Santos”a baha başa gəldi

Braziliyalı ulduz hücumçu Neymarın çıxış etdiyi “Santos” Paulista çempionatının yarımfinalında “Korintians”a məğlub olub.

Arena.az məlumat verir ki, “Ney” komandasının 1:2 hesabıyla uduzduğu bu oyunda ehtiyat oyunçular skamyasında qalıb, “balıqlar” isə məğlubiyyət nəticəsindən yarışla vidalaşıblar.

Neymarın bu oyunda iştirak etməməisi ulduz futbolçunun zədəsi ilə bağlı olub. Çox maraqlıdır ki, son 11 mövsümün 10-da Neymar məhz bu tarix – martın 11-i üçün möcüzəli surətdə zədə alaraq, oyunlara çıxmayıb. Martın 11-də Neymarın bacısı Rafaellanın doğum günüdür, bu il xanım 29 yaşını qeyd edir.
“Ney” 2014/2015-ci illər mövsümündən başladığı bu “ənənəsi” ərzində martın 11-də ancaq bircə dəfə meydana çıxıb. Braziliyalı ulduz 2019/2020-ci illər mövsümü Çempionlar Liqasının 1/8 finalının evdə Dortmund “Borussiya”sı ilə cavab oyunuda (2:0, ilk oyun 1:2) bütün 90 dəqiqəni meydanda keçirib və 28-ci dəqiqdə vurduğu qolla yadda qalıb.

Neymar özünün sosial şəbəkə hesablarından biri üzərindən “Korintians”a qarşı oynunda yoxluğunu şərh edib:

“Mənin bütün istədiyim – bu gün meydanda olmaq və özümün komanda yoldaşlarına necəsə kömək etmək idi… amma ötən cümə axşamı mən rahatsızlıq hiss etdim, bu isə mənim bu gün meydana çıxmağıma mane oldu. Biz bu səhər müayinə apardıq, mən bu rahatsızlığı yenə də hiss etdim. Təəssüf ki, bu, futbolun bir hissəsidir… Bu gün alınmadı, amma biz öz hədəflərimiz uğrunda mübarizə aparmaq üçün daha da güclü qayıdacağıq!”, deyə “Ney” vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 7 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 232 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
38
7
arena.az

10Mənbələr