Bakı.Trend:
Rusiyanın informasiya mühafizəsi üzrə aparat-proqramkomplekslərinin tərtibatçısı - “Aktiv” şirkəti Azərbaycanşirkətləri ilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edir.
Bunu Azərbaycanda Moskva müəssisələrinin biznes missiyasıçərçivəsində Trend-ə verdiyi açıqlamada “Aktiv” şirkətininbeynəlxalq layihələr üzrə GR istiqamətinin rəhbəri Olqa Minayevabildirib.
“Biz burada sadəcə satmaq istəmirik – biz həm də 30 ildən çoxmüddəti ehtiva edən səriştəmizi bölüşmək istəyirik. Biztərəfdaşlarımıza təlim keçməyə, məhsulları lokallaşdırmağa və birgəmüəssisələr təşkil etməyə hazırıq. Sözün düzü, biz elə daha vacibvə aktual variantı seçmək məqsədilə bu biznes-missiyada iştirakedirik. Biz Azərbaycanın İnnovasiyalar agentliyi ilə birgə işləməkistəyirik – ilk təmaslar artıq qurulub. Bundan sonra potensialyerli tərəfdaşlarlar görüşlər planlaşdırıq. Azərbaycan şirkətləriilə uğurlu əməkdaşlıq formalaşdıra biləcəyimizə ümidvarıq”, - deyəo bildirib.
O qeyd edib ki, “Aktiv” şirkəti 30 ildən çox müddət ərzindəautentifikasiya və identifikasiya texnologiyaları, o cümlədən,elektron və rəqəmsal imza texnologiyaları hazırlayan aparıcı Rusiyaşirkətlərindən sayılır.
“Bugün bu artıq təkcə fleş-daşıyıcılar deyil, həm də başqa formfaktorlar, o cümlədən smart-kartlardan ibarətdir. Biz MDBölkələrinin böyük maraq göstərdiyini görürük, belə ki, Rusiyatexnologiyaları yaxşı adaptasiya oluna və qonşu ölkələrdəlokallaşdırıla bilir”, - deyə Minayeva əlavə edib.