"Roma" futbolçusu ilə yeni kontrakt imzalayıb.

Offsideplus.az xəbər verir ki, "canavarlar" Leandro Paredes ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı yarımmüdafiəçi yeni anlaşmaya əsasən 2026-cı ilin iyun ayına qədər paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 30 yaşlı oyunçu 2024/25 mövsümündə "Roma"nın heyətində 27 oyuna çıxıb və 1 qola, 2 məhsuldar ötürməyə imza atıb.