AZ

Anarın məhkəməyə verəcəyi şair: "Daha ciddi, iyrənc faktlar bilirəm"

Fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə Cebheinfo.az-a açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib.

Yazıçı Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.

İlham Qəhrəman isə məhkəmə məsələsindən xəbərsiz olduğunu bildirib.

İlham Qəhrəman Anarın fikirlərinə: "Allah eləsin ki, məhkəməyə versinlər", - deyə reaksiya verib:

"Mən məhkəmə haqqında heç nə bilmirəm. Sadəcə, bu məsələni məhkəməlik hesab etdiklərini eşitmişəm. Başqa heç nə bilmirəm. Allah eləsin ki, məhkəməyə versinlər. Mən də məhkəməyə müraciət olunmasını istəyirəm. Çünki daha ciddi, iyrənc faktlar bilirəm, onların hamısını açıqlayacağam. Əgər məhkəmə prosesi başlasa, orada üz-üzə gəlmək istəyərəm. Düşünmürəm ki, bu addımı atacaqlar. Amma yenə də məhkəməyə verirlər, lap yaxşı".

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
22
13
Demokratikmusavat.com

10Mənbələr