AZ

İşğaldan azad edilmiş ərazilərdə çərşənbə tonqalları qalandı

İşğaldan azad edilmiş ərazilərdə çərşənbə tonqalları qalanıb.

Publika.az xəbər verir ki, Zəngilan rayonu və Ağalı kəndində uzun illərdən sonra Yel çərşənbəsi qeyd olunub.

Doğma ocaqlarına köçürülən kənd sakinləri bayram tonqalı ətrafında rəqs ediblər.

Sakinlər bildiriblər ki, çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsini, həm də istiliyin, həyat enerjisinin və diriliyin rəmzini ifadə edir.

Həmçinin axşam saatlarında Füzuli və Cəbrayılda da bayram tonqalı yandırılıb.

Seçilən
37
2
publika.az

3Mənbələr