Gözlər altında qara dairələr müxtəlif səbəblərdən yarana bilər. Çox vaxt qeyri-kafi yuxu və yuxu pozğunluğundan yaranan göz altındakı qara dairələri təbii üsullarla asanlıqla aradan qaldırmaq artıq sizin əlinizdədir.
News24.az sizə həmin üsulları təqdim edir:
Çay paketləri:
Yaşıl çay və ya çobanyastığı çayı kimi bitki mənşəli paketlərdən istifadə edərək soyuq çay kompresi tətbiq edə bilərsiniz. Göz altındakı qara dairələri aradan qaldırmağa kömək edən çay paketini dəmlədikdən sonra soyuducuda saxlayın. Soyuduqdan sonra çay paketini götürüb gözünüzün altına qoyun. 15 dəqiqə gözünüzdə saxladıqdan sonra çıxara bilərsiniz. Bu təbii üsul göz ətrafında qan dövranını artırır və göz altındakı qara dairələri aradan qaldırmağa kömək edir.
Xiyar dilimləri:
Antioksidant tərkibli və C vitamini ilə zəngin olan xiyar həm də göz altındakı qara dairələrdən qurtulmağa kömək edir. Xiyar dilimlərini sərinləyin, gözlərinizə qoyun və orada buraxın. 15 dəqiqə gözünüzdə saxladıqdan sonra xiyar dilimlərini kənara qoya bilərsiniz.
Kartof maskası:
Təbii maska olan kartof maskası həm də göz altındakı qara dairələrdən qurtulmağa kömək edir. Əvvəlcə kartof çipslərini sürtgəcdən keçirin və suyunu sıxın. sonra bu suya bir pambıq batırın. Gözlərinizin altına hərtərəfli tətbiq edin. Kartofun tərkibindəki təbii fermentlər dərinizin parlaq olmasına kömək edir.
Zəhraxanım Şeydayeva