AZ

Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb

İşğaldan azad olunan Xocalı şəhərinin Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndlərində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar. 

Missiya.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. 

Sakinlər çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər. Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.

Seçilən
19
5
missiya.az

6Mənbələr