AZ

Ukrayna atəşkəsi qəbul etməyə hazır olduğunu açıqladı

Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Ukrayna və ABŞ-nin birgə bəyanatında deyilir.
 
Bəyanatda həmçinin vurğulanır ki, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparacaq qrupların tərkibini müəyyən etmək və dərhal sülh danışıqlarına başlamaq barədə razılığa gəliblər.
 
Bundan əlavə, tərəflər mümkün qədər tez faydalı qazıntılar üzrə müqavilə bağlamaq, həmçinin kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək haqda razılıq əldə ediblər.
 
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Ukraynada atəşkəs təklifini Rusiyaya çatdıracaq. Dövlət Departamentinin rəhbəri əlavə edib ki, ABŞ tərəfi müsbət cavaba ümid edir.
 
Qeyd edək ki, nümayəndə heyətləri arasında danışıqlar 9 saat davam edib.
Seçilən
43
2
moderator.az

10Mənbələr