AZ

ABŞ Ukraynaya hərbi yardımı bərpa edir

Amerika Birləşmiş Ştatları dərhal kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırır və Ukraynaya hərbi yardımı bərpa edir. Martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda tərəflər bununla bağlı razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunur.

“Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - deyə bəyanatda vurğulanır.

Seçilən
34
4
modern.az

6Mənbələr